Digər
Meyxanaçı Mehman Əhmədli: "Hazırda bu sahədə özümə rəqib görmürəm" - VİDEO
"Deyişmə zamanı güclü rəqabət olanda meyxana daha maraqlı və keyfiyyətli alınır, dinləyici də bundan zövq alır". Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan meyxana ustası Mehman Əhmədli deyib.
O bildirib ki, bəzi meyxanaçılar məclisə qrup şəklində qatılırlar və əsas məqsədləri toyu yola vermək, qazanc əldə etmək olur. Mehman Əhmədlinin sözlərinə görə, əsl rəqabət iki güclü meyxanaçının meydanda üz-üzə gəlməsi zamanı yaranır və nəticədə daha sanballı meyxana ortaya çıxır. O əlavə edib ki, hazırda bu sahədə heç kimi özünə rəqib görmür: "Vaxtilə bu rəqabəti rəhmətlik Aydınla yaşamışam. Onunla həyatda dost idik, amma meydana çıxanda sözlə bir-birimizi "qırırdıq", əsl meyxana deyirdik".

Mənbə
oxu.az