Digər
Merz İsrailə dəstək verdi, İran xalqının "hüququnu" tanıdı
Almaniya ABŞ və İsrailin İrana hücumlarında iştirak etməyib.
Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.
Onun sözlərinə görə, ABŞ həftələrdir İranla sülh razılaşmasına nail olmağa çalışır, lakin qarşı tərəf hərbi nüvə proqramına son qoymaq üçün etibarlı və təsdiqlənə bilən razılaşmanı qəbul etməkdən imtina edib.
"Almaniya regionda sülh və təhlükəsizliyi dəstəkləməyə davam edir və İsrailin təhlükəsizliyinə sadiqliyini vurğulayır. İran xalqının isə öz gələcəyini müəyyən etmək hüququ var”, - Merz əlavə edib.
Mənbə
axar.az