Digər
İran Dubay hava limanına zərbə endirdi - Video
BƏƏ-nin Dubay şəhərinin hava limanı hücuma məruz qalıb.
Axar.az xəbər verir ki, hava limanı hücumla əlaqədar təxliyə edilir.
İrana məxsus PUA-nın hava limanına zərbə endirdiyi ehtimal olunur.
Qeyd edək ki, İsrail və ABŞ orduları ötən gün səhər saatlarından İrana qarşı hərbi əməliyyata başlayıb. İran isə İsrailə və Körfəz ölkələrindəki ABŞ bazalarına zərbələrlə cavab verməyə çalışır.
İranın hücumları zamanı Körfəz ölkələrindəki yaşayış binaları, bir sıra infrastrukturlar da zərər görüb.
Mənbə
axar.az