Digər
Hücum razılaşdırılmışdı, qalan hər şey aldatma idi
İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp bu həftəni müharibənin başlanğıcı kimi çoxdan razılaşdırmışdılar, qalan hər şey aldatma idi.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 11” televiziyası məlumat yayıb.
Qeyd edək ki, 26 fevralda Cenevrədə İran və ABŞ rəsmiləri arasında danışıqlar baş tutmuşdu. Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəlmişdilər.
Bu gün isə İsrail və ABŞ orduları İrana hücuma başladı.
Mənbə
axar.az