Dünya

İraq Kürdüstanının baş nazirinin ofisinə dron hücumu edilib

17 Aug 2026, 13:56 2 baxış
İraq Kürdüstanının baş nazirinin ofisinə dron hücumu edilib
İran ərazisindən buraxılan iki dronla İraqın şimalında Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Bərzaninin ofisinə hücum edilib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Oxu.Az xəbər verir ki, bu barədə OrdoMundi.ru Kürdüstan rəsmilərinin verdiyi açıqlamaya əsasən məlumat yayıb. Məlumata görə, hücum zamanı partlayıcı maddələrlə təchiz olunmuş "Hadi-110" modelli PUA-lar tətbiq edilib. Muxtar vilayət rəhbərinin ofisi ilə yanaşı, bölgənin kəşfiyyat idarəsi rəisinin evinə də zərbələr endirilib. Hazırda regionun müvafiq orqanları dəyən maddi zərəri hesablayır və hücumun başvermə səbəblərini təhqiq edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər