Digər
Şərif Trampı təriflədi: Cəsarətli lider…
ABŞ Prezidenti Donald Trampın “Məkkə Birgə Müdafiə Sazişi”nin imzalanması ilə bağlı xoş sözlərini dərindən qiymətləndirirəm.
Axar.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif özünün X səhifəsində yazıb.
“Qardaş Səudiyyə Ərəbistanı Krallığı və Türkiyə ilə birlikdə Pakistan ölkələrimizin, eləcə də bütün regionun müdafiəsinin təmin edilməsində konstruktiv rol oynamağa davam edəcək.
Həmçinin, Cənubi Asiyada nüvə fəlakətinin qarşısını almağa və milyonlarla insanın həyatını xilas etməyə kömək edən cəsarətli və qətiyyətli liderliyinə görə Prezident Trampı bir daha tərifləmək istərdim. Davamlı sülh xalqlarımızın parlaq və firavan gələcəyi üçün ən vacib şərtdir”, - o bildirib.
Mənbə
axar.az