Digər
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
İranın paytaxtı Tehranda Xəzəryanı ölkələrin nümayəndələrinin iştirakı ilə beştərəfli görüş keçiriləcək.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, sentyabrın sonu və ya oktyabrın əvvəlində keçiriləcək görüşdə Xəzər dənizində suyun səviyyəsinin azalması əsas müzakirə mövzularından biri olacaq:
“Problemin əsas səbəbləri iqlim dəyişiklikləri, buxarlanmanın artması və Xəzərə axan çaylarda suyun azalmasıdır”.
Mənbə
axar.az