Digər
İrana edilən hücumlarda ölənlərin sayı açıqlandı
ABŞ və İsrailin İrana etdiyi hücumlar nəticəsində azı 200 nəfər həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi İranın Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.
Bildirilib ki, indiyədək 747 nəfər xəsarət alıb, 201 nəfər isə həlak olub.
Bundan əlavə, İranın 31-əyalətindən 24-ü hücuma məruz qalıb.
Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran cavab tədbirləri olaraq qonşu ölkələrdəki ABŞ bazalarını hədəf alır.
Mənbə
axar.az