Digər

ABŞ-dan Malikiyə xəbərdarlıq: Namizədlikdən imtina et!

28 Feb 2026, 09:09 2 baxış
ABŞ-dan Malikiyə xəbərdarlıq: Namizədlikdən imtina et!

ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Nuri əl-Malikiyə İraq baş nazirliyinə namizədliyindən imtina etməsini ciddi şəkildə tövsiyə edib.


Axar.az xəbər verir ki, bu barədə “Al-Hadath” məlumat yayıb.


Mənbələrin məlumatına görə, Bağdadda Barrak və əl-Maliki arasında keçirilən görüş zamanı Trampın xüsusi nümayəndəsi ona baş nazirliyə namizədliyini geri götürməsinin vacibliyini bildirib.


Barrakı həmçinin İraqın hazırki baş naziri Məhəmməd əl-Sudani də qəbul edib.


Bildirilib ki, Barrak Sudanini Vaşinqton nümayəndələrinin əl-Maliki ilə heç bir şəxsi problemi olmadığına əmin edib.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iranyönlü hesab edilən Nuri əl-Malikinin yenidən baş nazir olacağı təqdirdə İraqa yardım etməyəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər