Digər
İran Bərzaninin ofisini vurdu
İran istehsalı iki “Hadid-110” dronu İraq Kürdüstan Bölgəsinin Baş naziri Məsrur Bərzaninin şəxsi ofisini hədəf alıb.
Axar.az xəbər verir ki, bu barədə “Kürdüstan 24” məlumat yayıb.
Məlumata görə, digər hədəf kəşfiyyat xidmətinin rəhbərinin iqamətgahı olub. Hər iki obyekt Pirmam rayonunda yerləşir.
İlkin məlumata görə, ölən və yaralanan yoxdur. Maddi ziyan barədə məlumat verilməyib.
Mənbə
axar.az