Kriminal
Bakıda 27 yaşlı kişi stadionda öldü
Bakıda 27 yaşlı kişi stadionda ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsinin ərazisində yerləşən stadionda baş verib. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Xəyal Xaliq oğlu İbadov futbol oynayan zaman ürək çatışmazlığından ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Mənbə
oxu.az