İdman
"Neftçi" 25 illik həsrətə son qoydu
"Neftçi" Misli Premyer Liqasında uğursuz start seriyasına son qoyub. Oxu.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ardıcıl üç mövsümə qələbəsiz başlayan Bakı klubu I turda səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib. "Ağ-qaralar" sonuncu dəfə 2022/23 mövsümünə qələbə ilə başlayıblar. Həmin vaxt paytaxt təmsilçisi səfərdə "Şamaxı"nı minimal hesabla məğlub edib. "Neftçi"nin ilk turda ən azı üç qol vurması isə sonuncu dəfə 2013/14 mövsümündə qeydə alınıb. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində 4:1 hesablı ev qələbəsi əldə olunub. Qeyd edək ki, Bakı klubu startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarıb. 2001/02 mövsümündə "Ümid"in qonağı olan "Neftçi" 4 cavabsız qolla qalib gəlib.
Mənbə
oxu.az