Rusiya Ukrayna sərhəsində PUA bazaları tikib - KİV
Rusiya Ukrayna və Belarusla sərhədləri boyunca ən azı 10 hərbi baza tikib. Bu bazalar Ukraynaya qabaqcıl reaktiv dronların kütləvi şəkildə buraxılışını dəstəkləmək üçün nəzərdə tutulub.
Axar.az xəbər verir ki, bu barədə “Telegraf” nəşri peyk görüntüləri və “DroneSec” analitik şirkətinin məlumatlarına istinadla məlumat yayıb.
“Ukrayna və Belarus sərhədləri boyunca 59 mexaniki buraxılış qurğusu aşkar edilib. Bu relslərə quraşdırılmış katapultlar uçuş-enmə zolaqlarını əvəz edir və cəbhə xəttinin yaxınlığında ağır, sabit qanadlı dronların sürətli buraxılışına imkan verir.
Bu buraxılış qurğularından ən azı 20-si uzadılmış dizayna malikdir. Mütəxəssislər qeyd edirlər ki, onlar ən müasir, yüksək sürətli, uzun mənzilli PUA-ları buraxmaq üçün nəzərdə tutulub”, - nəşr bildirib.