Digər

İran ABŞ-la danışıqlarda buna razılaşdı – Oman XİN

28 Feb 2026, 09:35 2 baxış
İran ABŞ-la danışıqlarda buna razılaşdı – Oman XİN

İran ABŞ-la danışıqlarda bütün zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə razılaşıb.


Axar.az xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi "CBS" telekanalına müsahibəsində deyib.


O qeyd edib ki, bu, Vaşinqtonun nüvə proqramı ilə bağlı razılaşma əldə etmək üçün Tehrana qarşı əsas tələblərindən biridir:


"Mövcud ehtiyatlara gəldikdə, inanıram ki, artıq onların mümkün olan minimum səviyyəyə - neytral, təbii səviyyəyə qədər emal ediləcəyi barədə razılığa gəlinib. Yəni, onlar yanacağa çevriləcək və bu yanacaq geri dönməz olacaq", - nazir bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər