Digər

"Starlink" Rusiya üçün niyə bloklanıb? - Maskın böyük jesti

28 Feb 2026, 08:30 2 baxış
"Starlink" Rusiya üçün niyə bloklanıb? - Maskın böyük jesti

Ukrayna “SpeysX”ə müraciət edərək rusiyalılar üçün “Starlink”in bloklanmasını xahiş etdikdən sonra, şirkət rəhbərliyi əməkdaşlarını “əlcəkləri çıxarmağa” və “Starlink”dən “Ukraynaya kömək edəcək hər şey üçün” istifadə etməyə çağırıb.


Axar.az xəbər verir ki, bu barədə “Atlantik” jurnalının jurnalisti Saymon Şuster planın icrası ilə tanış olan mənbələrə istinadən yazıb.


Materialda qeyd olunur ki, həmin vaxt “SpeysX” komandası rəhbərlikdən dəqiq təlimat alıb:


“Heç bir məhdudiyyət yoxdur. “Əlcəkləri çıxarın”, “Starlink”dən Ukraynaya kömək edəcək hər şey üçün istifadə edin”.


Müəllifin sözlərinə görə, şirkət daxilində belə, rəhbər İlon Maskı məhz nəyin motivasiya etdiyi tam aydın deyildi, lakin mənbənin bildirdiyinə görə, İlondan gələn siyasi qərar dəqiq idi.


Qeyd edək ki, Rusiya üçün “Starlink”in bloklanmasından sonra Ukrayna ordusu müəyyən ərazilərdə irəliləyişə nail olub.

Mənbə axar.az

Oxşar Xəbərlər