Digər
Avropa artıq ABŞ üçün prioritet deyil - Stubb
Avropa artıq Vaşinqton üçün prioritet istiqamət deyil.
Axar.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
Stubb bildirib ki, dünya, geri dönməz şəkildə dəyişib və Avropa ABŞ-ın əsas diqqət mərkəzində deyil.
Onun sözlərinə görə, Avropa ölkələri Vaşinqtonla daha möhkəm münasibətlər qurmaq üçün öz müdafiə imkanlarını gücləndirməlidirlər.
Finlandiya liderinin fikrincə, ABŞ üçün əhəmiyyət sıralamasında Avropa Qərb yarımkürəsi və Hind-Sakit okean regionundan sonra üçüncü yerdədir, sonrakı yerləri isə müvafiq olaraq Yaxın Şərq və Afrika bölüşür.
Stubb hesab edir ki, daha çoxqütblü dünya nizamı üçün institusional islahatlara ehtiyac var.
Mənbə
axar.az