Digər

Pakistanla toqquşma: Ölən əfqan hərbçilərinin sayı açıqlandı

28 Feb 2026, 01:28 2 baxış
Pakistanla toqquşma: Ölən əfqan hərbçilərinin sayı açıqlandı

Pakistan qüvvələri ilə toqquşmalarda ölən əfqan hərbçilərinin sayı ən azı 297-yə çatıb, 450-dən çoxu yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar X-də yazıb.


Onun sözlərinə görə, qonşu ölkədə 29 hədəfə aviazərbə endirilib.


Həmçinin, Əfqanıstanın 89 nəzarət məntəqəsi məhv edilib, daha 18-i isə nəzarətə götürülüb.


Bundan əlavə, tanklar, zirehli personal daşıyıcıları və artilleriya da daxil olmaqla 135-dən çox hərbi texnika sıradan çıxarılıb.


Qeyd edək ki, 26 fevraldan etibarən Pakistan və Əfqanıstan arasında toqquşmalar başlayıb. Pakistan Əfqanıstanla açıq müharibəyə girdiyini elan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər