Digər
BMV 300 mindən çox avtomobili geri çağırır
Almaniyanın avtomobil istehsalçısı BMV yanğın riski səbəbindən dünya miqyasında müxtəlif modellərdə bir neçə yüz min avtomobili geri çağırır.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinin (Kraftfahrt-Bundesamt, KBA) məlumatında deyilir.
Bildirilib ki, dünya miqyasında geri çağırılma 9 iyun 2022-ci il ilə 5 dekabr 2025-ci il arasında istehsal olunmuş 337,374 ədəd i5, i7, M5, həmçinin 5 və 7 seriyalarını əhatə edəcək.
Almaniyada isə 29,441 avtomobil geri çağırılacaq.
Qeyd edək ki, bundan öncə dünya brendi 575 min avtomobilin yanğın təhlükəsi səbəbindən geri çağırılması barədə məlumat yaymışdı.
Mənbə
axar.az