Digər

Qazaxıstan vətəndaşlarını İran tərk etməyə çağırdı

27 Feb 2026, 21:00 2 baxış
Qazaxıstan vətəndaşlarını İran tərk etməyə çağırdı

İran ətrafında davam edən gərginliklə əlaqədar olaraq Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına vəziyyət sabitləşənə qədər İrana səyahət etməkdən çəkinməyi tövsiyə edir.


Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


"Hazırda İranda olan Qazaxıstan vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etməyi, həmçinin maksimum təhlükəsizlik tədbirlərinə əməl etməyi, sayıq və ehtiyatlı olmağı, xəbərləri izləməyi və yerli hakimiyyət orqanlarının tövsiyələrinə ciddi şəkildə əməl etməyi tövsiyə edirik.


Qazaxıstan vətəndaşlarını mövcud vəziyyəti və onun ağırlaşma riskini nəzərə almağa və Yaxın Şərq ölkələrinə səfərlər planlaşdırarkən məsuliyyətli davranmağa çağırırıq", — deyə müraciətdə bildirilir.


Qeyd edək ki, ötən gündən Kanada və Çin də daxil olmaqla, bir sıra ölkələr öz vətəndaşlarına İranla bağlı xəbərdarlıq edib, Britaniya isə diplomatlarını eyni səbəbdən geri çağırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər