Digər
Macarıstan Ukraynaya komissiya göndərəcək - Orban
Macarıstan və Slovakiya "Drujba" neft kəmərinin vəziyyətini qiymətləndirmək üçün Ukraynaya komissiya göndərmək istəyir.
Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Xatırladaq ki, bu ölkələr neft tranzitinin bərpasını tələb edirlər. Ukrayna isə Rusiyanın boru kəmərinə zərər verdiyini bildirib.
Mənbə
axar.az