Digər
"Dövlət məlumat hövzəsi"nin yaradılması nə vaxt başa çatdırılacaq?
"Dövlət məlumat hövzəsi"nin yaradılması və dövlət informasiya ehtiyatlarında və sistemlərində formalaşan məlumatların hövzəyə inteqrasiyası 2028-ci ilin iyul ayında başa çatdırılacaq. Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb. Sənədə əsasən "Dövlət məlumat hövzəsi"nin yaradılması ilə bağlı beynəlxalq təcrübənin araşdırılması planlaşdırılır. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək. Aygün Mirakif
Mənbə
oxu.az