Digər

Dövlət xidmətləri üzrə yaradılmış portal və mobil tətbiqlərin ləğvi nə vaxt başa çatacaq?

27 Feb 2026, 14:52 2 baxış
Dövlət xidmətləri üzrə yaradılmış portal və mobil tətbiqlərin ləğvi nə vaxt başa çatacaq?
Dövlət xidmətləri üzrə yaradılmış portal və mobil tətbiqlərin ləğvi və xidmətlərin "Mygov" və "Mygov Biznes" platformalarında birləşdirilməsi 2028-ci ilin iyul ayında başa çatdırılacaq. Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb. Sənədə əsasən dövlət xidmətləri üzrə yaradılmış portal və mobil tətbiqlərin dairəsinin müəyyən edilməsi, "Mygov" və "Mygov Biznes" platformalarında funksional təkmilləşdirmələr üçün texniki təhlil aparılması planlaşdırılır. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək. Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər