Digər
Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə diaqnostikanın aparılması planlaşdırılır
"Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 2026-cı ildə dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə diaqnostikanın aparılması planlaşdırılır". Oxu.Az xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda diaqnostika meyarları hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir: "Meyarlar Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra dövlət qurumlarının informasiya təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi həyata keçiriləcək". Məlik Məlikov
Mənbə
oxu.az