Digər

Macarıstan üçün müdafiə krediti təsdiqlənməsə... - KİV

27 Feb 2026, 13:36 2 baxış
Macarıstan üçün müdafiə krediti təsdiqlənməsə... - KİV

Brüssel Budapeştin 16 milyard avroluq müdafiə krediti üçün müraciətini təsdiqləyənə qədər Macarıstan AB-nin Rusiya əleyhinə 20-ci sanksiya paketini bloklamağa davam edə bilər.


Axar.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadən məlumat yayıb.


Qeyd edək ki, Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə veto qoyub və Ukraynanın “Drujba” boru kəməri vasitəsilə neft tədarükünü əngəlləməsi səbəbindən Kiyevə 90 milyard avroluq AB kreditini təsdiqləməkdən imtina edib.

Mənbə axar.az

Oxşar Xəbərlər