Kriminal

Qala qəsəbəsində avtomobil qatarla toqquşub - VİDEO

27 Feb 2026, 11:06 1 baxış
Qala qəsəbəsində avtomobil qatarla toqquşub - VİDEO
Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "Ford" markalı yük avtomobilinin hərəkətdə olan qatara çırpılması nəticəsində qəza hadisəsi baş verib və yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1981-ci il təvəllüdlü Rövşən Ədalət oğlu Soltanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər