Cəmiyyət

Qəsəbənin girişində "yoxa çıxan" yol - VİDEO

28 Sep 2026, 22:56 2 baxış
Qəsəbənin girişində "yoxa çıxan" yol - VİDEO
Lökbatanda sakinlər aylardır yol problemindən əziyyət çəkirlər. Oxu.Az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən bir qrup sakin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin əsas giriş və çıxış yolunda uzun müddətdir təmir işlərinin aparılmadığını bildiriblər.

Sakinlərin sözlərinə görə, qazıntı işləri aparıldığı üçün hazırda yolun hərəkət hissələrindən biri və iki zolağı istifadədədir. Halbuki bu yol əvvəllər iki hərəkət hissəsindən və dörd zolaqdan ibarət olub. Sözügedən yol şəhər mərkəzinə gedib-gələn əsas istiqamətlərdən biri olduğundan xüsusilə səhər və axşam saatlarında burada uzun tıxaclar yaranır. Bu isə qəsəbə sakinlərinin gediş-gəlişində ciddi çətinliklər yaradır. Vətəndaşlar problemin uzun müddətdir davam etdiyini və bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini bildiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər