Dünya

Misir İsraili HƏMAS hücumu barədə əvvəlcədən xəbərdar etmişdi?

28 Sep 2026, 22:28 2 baxış
Misir İsraili HƏMAS hücumu barədə əvvəlcədən xəbərdar etmişdi?
İsrailin Baş naziri Benyamin Netanyahu 2023-cü ildə Misirin Təl-Əvivə HƏMAS hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə hücuma hazırlaşması barədə xəbərdarlıq etməsi ilə bağlı məlumatları təkzib edib və bu iddiaların müəlliflərinə qarşı böhtan iddiası qaldırmağı tapşırıb. Oxu.Az xəbər verir ki, bu barədə İsrail baş nazirinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunan paylaşımda bildirilib. Daha əvvəl "The Wall Street Journal" qəzeti mənbələrə istinadən Misirin HƏMAS-ın hazırladığı hücumla bağlı İsrailə bir neçə dəfə xəbərdarlıq etdiyini iddia etmişdi. Nəşrin məlumatına görə, bu xəbərdarlıqlardan birini İsrail tərəfinə həmin vaxt Misir kəşfiyyat xidmətinə rəhbərlik edən Abbas Kamel çatdırıb. "7 oktyabrdan əvvəlki aylarda Netanyahu həmin vaxt Misir kəşfiyyat xidmətinə rəhbərlik edən Abbas Kamellə görüşməyib, danışmayıb və heç bir İsrail xüsusi xidmət orqanı baş nazirə Misirin xəbərdarlığını ötürməyib. Baş nazir bu məsələ ilə bağlı böhtan iddiası qaldırmağı tapşırıb", - deyə paylaşımda qeyd olunub. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də səhər saatlarında HƏMAS və digər Fələstin qruplaşmalarının silahlı üzvləri Qəzzadan İsrail ərazisinə daxil olublar. Bu hücum Qəzza zolağında uzunmüddətli hərbi əməliyyatlara və bütün Yaxın Şərqdə gərginliyin kəskin artmasına səbəb olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər