Kriminal

Sumqayıtda PARTLAYIŞ: Xəsarət alanlar var

27 Feb 2026, 09:46 1 baxış
Sumqayıtda PARTLAYIŞ: Xəsarət alanlar var
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Elməddin Nurəddin oğlu İsmayılov, 1989-cu il təvəllüdlü Ceyhun Zakir oğlu Davidov və 1997-ci il təvəllüdlü Coşğun Ruşan oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıblar. Onlara zəruri tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər