İdman

Misli Premyer Liqasın: "Kəpəz" "Sumqayıt"a, "Araz-Naxçıvan" "Zirə"yə qarşı

27 Feb 2026, 08:00 1 baxış
Misli Premyer Liqasın: "Kəpəz" "Sumqayıt"a, "Araz-Naxçıvan" "Zirə"yə qarşı
Bu gün Misli Premyer Liqasında XXII tura start verilir. Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq. Günün ilk oyununda "Kəpəz" "Sumqayıt" ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:30-da çalınacaq. Günün son görüşündə isə "Araz-Naxçıvan" öz meydanında "Zirə"ni qəbul edəcək. "Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma 18:00-da başlayacaq. Misli Premyer Liqası II dövrə, XXII tur 27 fevral 14:30, "Kəpəz" - "Sumqayıt" Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev. VAR: Rəvan Həmzəzadə. AVAR: Şirmamed Mamedov. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Rüfət Əmirov. Yevlax şəhər stadionu. 18:00, "Araz-Naxçıvan" - "Zirə" Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov. VAR: Əliyar Ağayev. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Namiq Əliyev. "Liv Bona Dea Arena".
Mənbə oxu.az

Oxşar Xəbərlər