Kriminal
Huşunu itirən sürücü Yevlax - Bərdə yolunda dəhşətli qəza törətdi - ANBAAN VİDEO
Yevlax-Bərdə yolunda ağır avtomobil qəzası baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə Yevlax-Bərdə yolunda baş verib. "Lada" markalı avtomobil yolda hərəkətdə olarkən sürücü sükan arxasında huşunu itirib və nəticədə avtomobil əks yola çıxaraq digər maşına çırpılıb. Hadisə barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, sürücü şəkərli diabet xəstəsi olub və avtomobili idarə edərkən qəflətən şəkəri qalxıb və sürücü huşunu itirib. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Görüntüləri təqdim edirik:
Mənbə
oxu.az