İdman
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
Niderlandda "Tvente" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu albaniyalı hakim idarə edəcək.
Axar.az Report-a istinadla xəbər verir ki, qarşılaşmanın baş hakimi Yucin Caya olacaq.
Ona həmyerliləri Rejdi Avdo və Mario Şazivari kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Emanuela Rusta yerinə yetirəcək.
VAR-da italyan Canluka Aureliano, AVAR-da albaniyalı Albert Doda əyləşəcəklər.
Qeyd edək ki, qarşılaşma avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab matçı avqustun 27-də baş tutacaq.
Mənbə
axar.az