İdman
UEFA Avropa Liqası: "Fənərbağça" turnirlə vidalaşdı, "Selta" növbəti mərhələdə - VİDEO
UEFA Avropa Liqasının pley-off mərhələsinin son oyunları keçirilib. Oxu.Az xəbər verir ki, pley-off mərhələsinin cavab görüşləri çərçivəsində səkkiz oyun baş tutub. Gecənin maraqla gözlənilən qarşılaşması "Nottingem Forest" (İngiltərə) və "Fənərbağça" (Türkiyə) klubları arasında keçirilib. İstanbul təmsilçisi rəqibini məğlub edib - 1:2. İlk matçda qonaqlar səfərdə 0:3 hesabı ilə qalib gəldiklərinə görə, ingilis klubu iki görüşün yekununda (4:2) adını 1/8 final mərhələsinə yazdırıb.
"Selta Viqo" (İspaniya) - PAOK (Yunanıstan) qarşılaşmasında ev sahibləri minimal hesablı qələbəyə seviniblər - 1:0. Tərəflər arasında ilk görüş ispanların 2:1 hesablı qalibiyyəti ilə başa çatdığından "Selta Viqo" adını növbəti mərhələyə yazdırıb. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) - 2:0 (ilk oyun 1:2); "Viktoriya Plzen" (Çexiya) - "Panatinaikos" (Yunanıstan)- 1:1 (penaltilərdə 3:4) (2:2). "Srvena Zvezda" (Serbiya) - "Lill" (Fransa) - 0:2 (əlavə vaxtda) (1:0); "Ştutqart" (Almaniya) - "Seltik" (Şotlandiya) - 0:1 (4:1). "Bolonya" (İtaliya) - "Brann" (Norveç) - 1:0 (1:0); "Genk" (Belçika) - "Dinamo Zaqreb" (Xorvatiya) 3:3 (3:1);

Mənbə
oxu.az