Kriminal

Gürcüstanda ağır qəza: Azərbaycan vətəndaşı xəsarət aldı

26 Feb 2026, 15:06 1 baxış
Gürcüstanda ağır qəza: Azərbaycan vətəndaşı xəsarət aldı
Gürcüstanda, Kobuleti-Batumi yolunda bu gün səhər saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan vətəndaşı xəsarət alıb. Oxu.Az yerli mətbuata istinadən xəbər verir ki, avtobus və yük maşınının toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Qəza səbəbindən yolun bir hissəsi müvəqqəti olaraq bağlanıb və nəqliyyatın hərəkəti köhnə marşrut üzrə dəyişdirilib. Məlumata görə, qəza zamanı xəsarət alan yük maşının sürücüsü, 49 yaşlı Azərbaycan vətəndaşı xəstəxanaya aparılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər