İdman
"Sumqayıt"ın legioneri üçün mövsüm BİTDİ
Misli Premyer Liqasının XXI turunda "Qəbələ" ilə matçda zədələnən "Sumqayıt"ın futbolçusu Roi Kehat İsraildə əməliyyat olunub. Bu barədə Oxu.Az-a klubdan məlumat verilib. Oyunçuya axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulub. Roi Kehat təxminən bir ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək. O, ən azı mövsümün sonuna qədər komandaya kömək edə bilməyəcək.
Mənbə
oxu.az