Digər

Rubio Arakçını qovub? – İrandan cavab

01 Oct 2026, 11:42 2 baxış
Rubio Arakçını qovub? – İrandan cavab

İran nümayəndə heyəti əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq Nyu Yorku tərk edib.


Axar.az xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi “Axios”un yaydığı xəbərə cavab olaraq bildirib.


“İran nümayəndə heyəti bazar ertəsi axşamı əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq Nyu Yorkdan yola düşüb. Həmin qrafik sentyabrın 17-də ABŞ Dövlət Departamentinə də əvvəlcədən bildirilib. Heç bir nəticə əldə etməyən Dövlət Departamenti əsassız və heç bir əhəmiyyət daşımayan xəbərlər yaymağa əl atıb”, - məlumatda deyilib.


Qeyd edək ki, “Axios” nəşri ABŞ Dövlət katibi Marko Rubionun danışıqlar dalana dirəndikdən sonra BMT Baş Assambleyasındakı İran nümayəndə heyətindən ölkəni dərhal tərk etməsini tələb etdiyini yazmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər