Dünya

İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib

01 Oct 2026, 11:40 2 baxış
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza şəhərində həyata keçirdiyi hava hücumu ilə HƏMAS hərəkatının hərbi qanadının komandirlərindən birini məhv edib. Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd olunur ki, SAXAL Qəzza şəhəri ərazisində HƏMAS-ın döyüş qanadının taqım komandiri Amar Mahmud Şarafini zərərsizləşdirib. Bildirilir ki, o, yaratdığı təhlükənin aradan qaldırılması məqsədilə endirilən hava zərbəsi nəticəsində öldürülüb. Məlumata əsasən, zərərsizləşdirilən komandir son vaxtlar İsrailin mülki vətəndaşlarına və SAXAL hərbçilərinə qarşı hücumlar təşkil edib. Bununla yanaşı, onun HƏMAS-ın döyüş qabiliyyətinin bərpası ilə məşğul olduğu və atəşkəs razılaşmasının şərtlərini davamlı şəkildə pozduğu vurğulanıb. İsrail ordusundan həmçinin bildirilib ki, zərbə endirilməzdən əvvəl mülki əhaliyə dəyə biləcək zərərin minimuma endirilməsi üçün lazımi addımlar atılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər