İdman

"Mançester Siti"nin çempionluq titulları ləğv edilir: Klubu ağır cəzalar gözləyir

01 Oct 2026, 10:44 3 baxış
"Mançester Siti"nin çempionluq titulları ləğv edilir: Klubu ağır cəzalar gözləyir
İngiltərə Premyer Liqasının rəhbərliyi müstəqil komissiyanın araşdırmaları nəticəsində "Mançester Siti"yə qarşı irəli sürülən ittihamların böyük əksəriyyətində klubun təqsirkarlıq payının olduğunu elan edib. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, "Mançester Siti" doqquz illik müddət ərzində saxta sponsorluq müqavilələri ilə zəngin bir prosesdə 900 milyon funt-sterlinq (təxminən 1 milyard avro) məbləğində maliyyə fırıldağına yol verib. Bütün bunlar kluba qanunsuz pul köçürmək, həmçinin Premyer Liqanın xərcləmə qaydalarından yayınmaq məqsədilə həyata keçirilib. "Mançester Siti" müstəqil komissiyanın qəbul etdiyi bu qərara etiraz edərək apellyasiya şikayəti verəcək. Buna baxmayaraq, klubun çox ciddi cəzalarla üz-üzə qalacağı bildirilir. Britaniya mətbuatında yayılan iddialara görə, klubun aşağı liqaya göndərilməsi və ardıcıl iki mövsüm ərzində çox ağır xal silinməsi cəzasına məruz qalacağı istisna olunmur. "Mançester Siti"nin qazandığı bütün çempionluq titullarının əlindən alınacağı da bildirilir. Qeyd olunur ki, "Mançester Siti"nin həmin illərdə əldə etdiyi çempionluqların taleyi ilə bağlı da müzakirələr gedir. İngiltərə ictimaiyyətində bu məsələ barədə iki fərqli yanaşma mövcuddur. Birincisi, "Mançester Siti"nin qazandığı titulların həmin mövsümləri ikinci yerdə başa vuran komandalara verilməsidir. İkincisi isə klubun aşağı liqaya göndərilməsindən sonra növbəti bir neçə mövsümdə xallarının silinməsi ilə yanaşı, çempionluq illərində liqanı ikinci sırada tamamlayan klublara təzminat ödəməsidir. Təzminat bəndinin həmin illərdə liqada çıxış edən digər klublara da şamil edilə biləcəyi iddia olunur. Dəqiq olan yeganə məsələ odur ki, "Mançester Siti" irəli sürülən və müstəqil komissiya tərəfindən təsdiqini tapan qanun pozuntuları ilə bağlı yekun qərar qəbul edildikdən sonra Premyer Liqadan aşağı liqaya yuvarlanacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər