İdman

Kriştianu Ronalduya cəza verilə bilər: Oyunlardan uzaqlaşdırılma və pul cəriməsi

01 Oct 2026, 11:16 2 baxış
Kriştianu Ronalduya cəza verilə bilər: Oyunlardan uzaqlaşdırılma və pul cəriməsi
Məşhur futbolçu Kriştianu Ronaldu Portuqaliya millisinin təlim-məşq düşərgəsini tərk etdiyi üçün 6 ay müddətinə oyunlardan diskvalifikasiya edilə və ona pul cəriməsi təyin oluna bilər. Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir. Məlumata görə, Kriştianu Ronaldu Norveçlə matçda ona oyun müddəti verilmədiyini əsas gətirərək məşqlərə qatılmayıb. "Uyğun zamanda milli komandadan ayrılmağımın səbəblərini bütün Portuqaliya xalqına izah edəcəyəm", - deyə o bildirib. Portuqaliya Futbol Federasiyasının (FPF) intizam qaydalarında bu cür pozuntulara görə cərimələr nəzərdə tutulur. Ronaldu cərimə oluna və ya bir aydan altı aya qədər milli komandadan kənarlaşdırıla bilər. Bu məlumat Kriştianu Ronaldu və FPF tərəfindən təsdiqlənib.
Mənbə oxu.az

Oxşar Xəbərlər