İdman
"Fənərbağça"nın "Nottingem Forest" ilə oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Avropa Liqasında pley-off mərhələsinin son oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, "Fənərbağça" İngiltərədə "Nottingem Forest"in qonağı olacaq. İzləyicilər "Nottingem Forest" - "Fənərbağça" oyununu İctimai TV-də izləyə biləcəklər. Günün digər maraqlı qarşılaşmalarında isə "Bolonya" "Bran"la üz-üzə gələcək. Həmçinin UEFA Konfrans Liqasının pley-off mərhələsində Türkiyənin "Samsunspor" klubu Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq. Hər iki qarşılaşma "CBC Sport" TV-də canlı yayımlanacaq. UEFA Konfrans Liqası Pley-off mərhələsi 26 fevral Saat 21:45, "Samsunspor" - "Şkendiya" ("CBC Sport" TV). UEFA Avropa Liqası Pley-off mərhələsi 27 fevral Saat 00:00, "Bolonya" - "Bran" ("CBC Sport" TV); Saat 00:00, "Nottingem Forest" - "Fənərbağça" (İctimai TV).
Mənbə
oxu.az