İdman
UEFA Avropa Liqası: "Fənərbağça" "Nottingem Forest" səfərinə yollanır
Bu gün (27 fevral) UEFA Avropa Liqasının pley-off mərhələsində günün ən maraqlı oyunlarından biri İngiltərədə baş tutacaq. Oxu.Az xəbər verir ki, "Fənərbağça" İngiltərədə "Nottingem Forest" klubu ilə üz-üzə gələcək. "City Ground" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Qeyd edək ki, komandalar arasına İstanbulda keçirilən ilk qarşılaşma "Nottingem Forest"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə
oxu.az