Kriminal

Bakının Nərimanov rayonunda YANĞIN BAŞ VERİB - VİDEO

26 Feb 2026, 14:42 1 baxış
Bakının Nərimanov rayonunda YANĞIN BAŞ VERİB - VİDEO
Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib. "Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yardımçı tikilidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda bildirilib. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər