Kriminal
Yasamalda 65 yaşlı kişi küçədə infarkt keçirib öldü
Bakıda 65 yaşlı kişi küçədə ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında paytaxtın Yasamal rayonu İzmir küçəsində baş verib. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü İlqar Yolçu oğlu Omarov küçədə özünü pis hiss edib. İlkin məlumata görə o, ürək çatışmazlığından hadisə yerində həyatını itirib. Araşdırmalar aparılır. Samir Əli
Mənbə
oxu.az