Kriminal

Biləsuvarda 22 yaşlı gənc kirayə qaldığı evdə bıçaqlandı

26 Feb 2026, 12:02 1 baxış
Biləsuvarda 22 yaşlı gənc kirayə qaldığı evdə bıçaqlandı
Biləsuvar rayonunda gənc oğlan kirayə qaldığı evdə bıçaqlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Bəydili kəndində baş verib. Cəbrayıl rayon sakini 2004-cü il təvəllüdlü Fərid Həziyev kirayə yaşadığı evdə olarkən iki nəfər ona hücum edib. Həmin şəxslər F.Həziyevə bıçaq xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. Yaralı təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. F.Həziyev Reanimasiya şöbəsinə yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Tural Əmirxanov və Əli Məmmədov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər F.Həziyevin iş yoldaşıdırlar. Faktla bağlı cinayət işi başlanılıb. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər