İdman

Zepp Blatter İnfantinonu tənqid edib: "FIFA-da diktatura hökm sürür"

26 Feb 2026, 10:18 1 baxış
Zepp Blatter İnfantinonu tənqid edib: "FIFA-da diktatura hökm sürür"
FIFA-nın keçmiş rəhbəri Zepp Blatter qurum daxilində hökm sürən avtoritar rejim barədə danışıb. Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. "Canni İnfantino özünü, sanki, "Günəş Kralı" kimi aparır. FIFA əməkdaşlarından eşitdiyimə görə, o, ofisə gəldiyi zaman qarşılanmağı arzulamır. Heç kimin onunla eyni liftdə getməsinə icazə verilmir. O, tamamilə təcrid olunmuş vəziyyətdədir", - deyə Blatter qeyd edib. Təşkilatın sabiq prezidenti hazırkı idarəetmə sistemini sərt şəkildə tənqid edib: "Bu, əsl diktaturadır! İdarəetmə yalnız prezident İnfantinodan ibarətdir. Təxminən 40 nəfərdən ibarət FIFA Şurası isə heç bir qərar qəbul etmək səlahiyyətinə malik deyil". Qeyd edək ki, Zepp Blatter 1998-ci ildən 2015-ci ilə qədər FIFA-ya rəhbərlik edib. Fəaliyyətinin son dövründə o, korrupsiya qalmaqalı ilə üzləşib və nəticədə səkkiz il müddətinə futbolla əlaqəli fəaliyyətlərdən uzaqlaşdırılıb. İnfantino isə 2016-cı ildə FIFA prezidenti səlahiyyətlərinin icrasına başlayıb və hazırda qurumun rəhbəri vəzifəsini davam etdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər