Kriminal
Qəbələdə ağır avtoqəza - 24 yaşlı oğlan öldü
Qəbələdə 24 yaşlı gənc avtoqəzada ölüb. Oxu.Az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Qəbələ rayonunun Məmmədağalı kəndi ərazisində baş verib. 2002-ci il təvəllüdlü Nuran Bəhman oğlu Muratasılov idarə etdiyi "Ford Fusion" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun sol kənarındakı ağaca çırpılıb. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Samir Əli
Mənbə
oxu.az