İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray", "Real Madrid" və PSJ 1/8 finala çıxdılar - VİDEO
UEFA Çempionlar Liqasının pley-off mərhələsi dörd oyunla yekunlaşıb. Oxu.Az xəbər verir ki, gecənin maraqla gözlənilən "Yuventus - "Qalatasaray" qarşılaşmasının əsas vaxtı "qoca sinyora"nın qələbəsi ilə başa çatıb - 3:0. Tərəflər arasında ilk görüş İstanbul təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşdığına görə, iki oyunun nəticəsində hesab bərabərləşib - 5:5. "Qalatasaray" matça əlavə edilmiş hissələrdə iki dəfə fərqlənərək 1/8 final mərhələsinə çıxıb - (3:2).
"Real Madrid" - "Benfika" matçı ev sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. İlk matçda ispaniyalılar səfərdə rəqibini 0:1 hesabı ilə məğlub etdiyinə görə, "kral klubu" iki görüşün yekununda (3:1) adını 1/8 final mərhələsinə yazdırıb.
Fransa Liqa 1-in iki təmsilçisi - PSJ və "Monako"nun mübarizəsində heç-heçə qeydə alınıb - 2:2. Səfərdə rəqibini 2:3 hesabı ilə məğlub edən PSJ iki oyunun nəticəsinə (5:4) görə 1/8 finala çıxıb.
Qeyd edək ki, daha əvvəl "Atalanta" evdə "Borussiya Dortmund"u 4:1 hesabı ilə üstələyərək (ilk görüşün yekununda 4:3) 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Mənbə
oxu.az