İdman

İngiltərənin iki klubu cərimələndi

26 Feb 2026, 01:12 1 baxış
İngiltərənin iki klubu cərimələndi
İngiltərə Futbol Assosiasiyası (FA) Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilmiş "Çelsi" - "Vest Hem Yunayted" (3:2) oyunu zamanı baş vermiş insidentlə bağlı açıqlama yayıb. Oxu.Az xəbər verir ki, müvafiq bəyanat FA-nın rəsmi internet saytında dərc olunub. Bildirilib ki, müstəqil tənzimləyici komissiya 31 yanvar 2026-cı il tarixində keçirilən Premyer Liqa matçında baş vermiş kütləvi qarşıdurmaya görə hər iki klubu cərimələyib. Qərara əsasən, "Çelsi" oyunun 95-ci dəqiqəsində futbolçularının qeyri-etik və ya təxribat xarakterli davranışlarının qarşısını ala bilməyib. Eyni zamanda, "Vest Hem Yunayted" də həmin epizod zamanı oyunçularının qeyri-etik və ya təxribatçı, eləcə də aqressiv hərəkətlərinin qarşısının alınmasını təmin etməyib. Tənzimləyici komissiyanın qərarına əsasən, "Çelsi" 325 min funt sterlinq (təxminən 372 700 avro), "Vest Hem Yunayted" isə 300 min funt sterlinq (təxminən 344 min avro) məbləğində cərimə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər