Siyasət

Ərdoğanın baş müşaviri Rusiya XİN-in nümayəndəsi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib

25 Feb 2026, 21:24 1 baxış
Ərdoğanın baş müşaviri Rusiya XİN-in nümayəndəsi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib
Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Oxu.Az xəbər verir ki, Akif Çağatay Kılıç bu barədə "X" sosial şəbəkə hesabında payaşım edib. "Görüş zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri, Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olunmasına yönəlmiş normallaşma prosesi və Cənubi Qafqazdakı son hadisələri müzakirə etdik", - deyə o, paylaşımda yazıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər