Kriminal

Sumqayıtda qucağında azyaşlı ilə sükan arxasında oturan sürücü qaydaları HEÇƏ SAYDI - VİDEO

25 Feb 2026, 18:40 1 baxış
Sumqayıtda qucağında azyaşlı ilə sükan arxasında oturan sürücü qaydaları HEÇƏ SAYDI - VİDEO
Sumqayıt şəhərində sürücü kobud qayda pozuntusuna yol verib. Oxu.Az-ın məlumatına görə, "KIA Soul" markalı 77-TE-440 dövlət nömrə nişanlı avtomobil şəhərin mərkəzi hissələrindən birindəki küçədə dairəyə daxil olan avtomobili gözləmədən həmin avtomobilin hərəkət zolağına çıxır.

Bu azmış kimi, sürücü digər avtomobilin hərəkət zolağında manevr qaydalarını yenidən pozur. Qayda pozan, dönmə işığından istifadə etməyən sürücünün qucağında azyaşlı uşaq da olub. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər