İdman
"Qarabağ" ÇL-də antirekord müəyyənləşdirdi
"Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında (ÇL) antirekord müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Opta" idman analitikası şirkəti məlumat yayıb. Məlumata görə, Ağdam təmsilçisi ÇL-in əsas mərhələsində və 1/8 finala vəsiqə uğrunda pley-off görüşlərində qapısından 30 top buraxıb. İndiyə qədər sözügedən nüfuzlu turnirdə heç bir klubun qapısına bu qədər qol vurulmayıb. Xəbərdə bildirilir ki, "Qarabağ"ın antirekordla üzləşməsinə ÇL-in əsas mərhələsində oyunların sayının çoxalması da təsirini göstərib. Qeyd edək ki, dünən "Qarabağ" ÇL-in 1/8 finalına vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyununda İngiltərədə "Nyukasl" 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Mənbə
oxu.az